"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
“ECB”-nin faiz artımı sürətinin geri qalması, EURUSD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, cütlüyün qiyməti alliqator xətlərinin altında qaldıqca, ucuzlaşma 1$-a kimi davam edə bilər.
GBP
FED-in daha sürətli faiz artımı siyasətini GBPUSD məzənnəsinin də təzyiq altında qalmasına səbəb olur. Funt sterlinq 1.24$-ın altında qaldıqca, 1.20$-a kimi də dəyər itirə bilər.
TRY
Foreks bazarlarında dollar indeksinin yüksəlməsi, özünü USDTRY məzənnəsində də göstərir və trend 15.80TL-yə kimi davam edə bilər.
OIL
Enerji bazarlarında neftin qiymətində korreksiya müşahidə edilsə də son bahalaşma dalğası 120$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Sərt monetar siyasət nəticəsində inflyasiyanın geriləməsi, əlvan metallar bazarlarında qızılın da dəyər itirməsinə səbəb olur. Beləliklə, bir unsiya üzrə qiymət 1758$-a (59 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.