“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz "InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
Maliyyə
109
15 Noyabr , 2021 09:52
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa Mərkəzi Bankı inflyasiyanın yüksəlməkdə davam edəcəyinə baxmayaraq, yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlamasından sonra EURUSD sürətlə ucuzlaşmağa başlayıb və trend 1.13$-a kimi davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın pərakəndə satış dövriyyəsinə dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaq.

GBP

GBPUSD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBPUSD kursu 1.32$-a kimi düşə bilər.

İngiltərədə çərşənbə axşamı günü Bakı vaxtı ilə saat 11:00-da işsizlik və çərşənbə günü inflyasiya göstəricilərin dərc edilməsi də önəmli olacaq.

TRY

USDTRY məzənnəsi cümə axşamı saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarı fonunda yüksəlməkdə davam edir. Qeyd etmək lazımdır ki, ölkənin birinci bankının faizini 15%-ə azaltmaqda davam edəcəyi ehtimal edilir.

OIL

Enerji birjalarında Brent neftin qiymətində müşahidə edilən korreksiyanın 79$-a kimi dərinləşəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal risklərin, xüusilə qış aylarına doğru infeksiyaların artması xəbərləri güvənli liman maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Təhlillər əsasən, bir unsiya qiymət 1870$-ı (60.1$/qram) da qırarsa, 1927$-a (62$/qram) kimi yüksələ bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatları əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi