"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin qarışıq açıqlanması qeyri-müəyyənliyi artırmaqla yanaşı, dolların da müqavimətlə rastlaşmasına səbəb olur. Bu qısa müddət ərzində avroya olan tələbi artırsa da EURUSD məzənnəsində ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Texniki təhlillərə əsasən, məzənnə 1.11$-ın altında qaldıqca 1.09$-a kimi ucuzlaşa bilər.
GBP
GBPUSD məzənnəsində də ucuzlaşmanın 1.31$-ın qırılması ilə 1.30$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
TRY
USDTRY məzənnəsində 14 - 15TL aralığında üfüqi dalğalanma davam edir və növbəti istiqamət sözügedən səviyyələrdən birinin qırılması ilə müəyyən olunacaqdır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı göstəricilər də investorların diqqət mərkəzindədir.
OIL
Enerji birjalarında təklifin artması ilə Brent 106$-a ucuzlaşıb və trend 95$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da ucuzlaşmasına səbəb olur. 1913$-ın (61.5 $/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1890$-a (60.8 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.