“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ABŞ-da resessiya ehtimalları dolları ucuzlaşdırdı
Maliyyə
3 Oktyabr , 2022 11:13
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

ABŞ-da resessiya ehtimalları dolları ucuzlaşdırdı

"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Cümə axşamı açıqlanan statistik göstəricilərə əsasən ABŞ-da illik ÜDM göstəricisi cari ilin ikinci rübündə 0.6% azalıb. Amerika iqtisadiyyatının ikinci rübdə də geriləməsi texniki resessiya ehtimallarını daha da artırmış oldu. Nəticədə dollar indeksi 111 bənd hədlərinə qədər gerilədi. İndeksdəki geriləmə fonunda EURUSD 0.9800 səviyyəsinə yüksəldi.

GBP

İkinci rübdə ABŞ-da 0.6% geriləyən, İngiltərədə isə 4.4% artan ÜDM göstəricilərindən sonra GBPUSD məzənnəsi 1.1200 hədlərinə kimi bahalaşdı. Dollar indeksində geriləmə davam edərsə, məzənnə 1.1285 hədlərinə kimi bahalaşa bilər.

Bu həftə Amerika, Avrozona və İngiltərədə açıqlanacaq sənaye, xidmət və tikinti sektorlarında biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

TRY

Ötən həftə 18.55 hədlərinə kimi yüksələn USDTRY məzənnəsi tarixi maksimumlarını yenilədi. Bu gün Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalardakı qiymətinin necə dəyişəcəyinə ciddi təsir edə bilər.

GOLD

ABŞ-da artan resessiya ehtimalları fonunda qızıl bahalaşır. Hazırda 1663$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1669$-ın üzərinə yüksəlsə, 1684$-a kimi bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi