“Invest-AZ” investisiya şirkəti 1,5 mln. dollarlıq istiqraz buraxır

“Invest-AZ” investisiya şirkəti 1,5 mln. dollarlıq istiqraz buraxır Bakı. 15 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospektini təsdiq edib.
Maliyyə
15 Avqust , 2018 12:02
“Invest-AZ” investisiya şirkəti 1,5 mln. dollarlıq istiqraz buraxır

Bakı. 15 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospektini təsdiq edib.

Bu barədə “Report” Palata yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 500 ədəd (1,5 mln. dollarlıq) istiqrazdan gedir. Qiymətli kağızların illik gəlirliliyi 6%-dir.

İstiqrazların dövriyyəyə buraxılmasına emitentin səhmdarlarının bu il iyulun 18-də keçirilmiş ümumi yığıncağında qərar verilib.

Xatırladaq ki, “Invest-AZ İnvestisiya Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. Şirkətin səhmlərinin 60%-i Elşən Qalib oğlu Quliyevə, 40%-i isə Ceyhun Akif oğlu Abdullayevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi