“İnvest-AZ”dan dünyanın maliyyə bazarları ilə bağlı həftəlik analiz

“İnvest-AZ”dan dünyanın maliyyə bazarları ilə bağlı həftəlik analiz "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Maliyyə
166
28 Dekabr , 2020 12:24
“İnvest-AZ”dan dünyanın maliyyə bazarları ilə bağlı həftəlik analiz

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada Korona yardım qanununun prezident tərəfindən imzalanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Bunun səbəbi risk iştahının artmasıdır. Beləliklə, 1.22$-ın üzərində ticarət edilən EURUSD məzənnəsi də 1.23$-a kimi bahalaşa bilər.

Bununla yanaşı, cari həftə ərzində Milad bayramı ilə əlaqədar dünya birjalarında ticarət aktivliyi azalacaqdır.

GBP

Breksit ticarət sazişinin imzalanmasından sonra avro ilə yanaşı, funtun qiymətində də bahalaşma müşahidə edilir. 1.36$-ın qırılması ilə GBPUSD məzənnəsində də 1.37$-a kimi bahalaşma proqnozlaşdırılır.

TRY

TCMB-nin faizini proqnozlaşdırılandan daha yüksəyə qaldırması, lirədə bahalaşma proqnozlarını gücləndirmişdir. Təhlillərə əsasən, USDTRY məzənnəsi 7.54TL-nin qırılması ilə 7.32TL-yə kimi ucuzlaşa bilər.

Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da mərkəzi bankın pul siyasəti protokolunun da dərci investorların diqqət mərkəzindədir.

OIL

Dünya enerji bazarlarında neft hasilatının artması ilə yanaşı, tələbin də artacağı proqnozları Brent neftinin 53$-a kimi dəyər qazanmasını ehtimal etməyə əsaslar yaradır. Bunun üçün treyderlər 51.60$-ın qırılmasını gözləyirlər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal iqtisadi risklərin azalması ehtimalları qızılın qiymətində 1900$-ın (61.1 $/qram) qırılmasını çətinləşdirə bilər. Lakin digər tərəfdən dollarda ucuzlaşma sürətlənərsə, qızılın dəstək görməsi də mümkündür. 1900$ qırılarsa, bir unsiya üzrə qiymət 1942$-a (62.4 $/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi