“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz Amerikadan peyvəndə dair müsbət xəbərlər FED-in gələn il üzrə iqtisadi proqnozlarına müsbət təsir etməsə, dollar yenidən ucuzlaşmağa başlaya bilər.
Maliyyə
14 Dekabr , 2020 12:55
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Invest-AZ" İnvestisiya Şirkəti"nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada COVID-19 peyvəndinin istehsalına dair rəsmi razılığın verilməsi xəbərlərinin yayılmasından sonra dolların digər aparıcı valyutalara nisbətən qiymətləri dəstək görməkdədir. Bu, EUR/USD məzənnəsini 1,22 ABŞ dolların altında təzyiq altında saxlayır.

Avrozonada deflyasiya riski ilə yanaşı, istehsal və xidmət sektorlarında biznes aktivliyinin azalması proqnozları da avrodan uzaqlaşma meyillərini gücləndirə bilər.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da investorların diqqət mərkəzindədir. Amerikadan peyvəndə dair müsbət xəbərlər FED-in gələn il üzrə iqtisadi proqnozlarına müsbət təsir etməsə, dollar yenidən ucuzlaşmağa başlaya bilər.

GBP

GBP/USD məzənnəsi də, xüsusilə Brexit ticarət sazişi danışıqlarında irəliləyişin olmaması fonunda 1,34 ABŞ dollarında təzyiqlə rastlaşır.

Bu mövzu ilə bərabər, İngiltərədə peyvəndlənmənin artıq başlamasının gələn il iqtisadiyyata təsirləri ilə bağlı cümə axşamı Bakı vaxtı ilə saat 16:00-da açıqlama verəcək İngiltərə Mərkəzi Bankı da önəmli rol oynayır.

TRY

Türkiyə Mərkəzi Bankınin yeni faiz qərarını dərc edilməsinə bir həftə qalmış, USD/TRY məzənnəsi 7,80 - 7,90 TL aralığında ticarət edilir. Gələcək günlər ərzində dalğalanma isə maliyyə bazarlarında dövriyyəyə buraxılacaq faiz qərarı proqnozlarından asılı olacaqdır.

OIL

"Brent" neftinin bir barel üçün qiyməti 51 ABŞ dollara kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb və bunun səbəbi dollarda bahalaşma ehtimallarıdır. Qlobal iqtisadi inkişaf proqnozlarının da zəif qalması, neft qiymətlərinə qarşı təzyiqləri artırır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında peyvənd istehsalının kütləviləşməsi xəbərləri fonunda hazırda 1 835 ABŞ dollara (59 $/qram) təklif edilən bir unsiya üzrə qızıl qiymətlərində ucuzlaşma proqnozlaşdırılsa da, bunun yalnız 1 800 ABŞ dollara (57,9 $/qram) kimi baş verəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər

Orphus sistemi