İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırıb

İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırıb İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 4 %-ə çatdırıb.
Maliyyə
2 Fevral , 2023 16:59
İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırıb

İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 4 %-ə çatdırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

BoE bildirib ki, inflyasiya riski ciddi səviyyədə yüksəlib. Bundan başqa, davamlı inflyasiya pul-kredit siyasətini daha da sərtləşdirilməsini tələb edə bilər.

Qeyd edək ki, İngiltərə Bankının 9 üzvündən 7-si faiz dərəcəsinin 0,5 faiz bəndi artırılmasına, 2 üzvü isə sabit saxlanılmasına səs verib.

Bununla da, 2021-ci ilin dekabrından bəri 10-cu faiz artımına gedən BoE uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə yüksəldib.

Son xəbərlər

Orphus sistemi