İngiltərə Bankı uçot dərəcəsini son 13 ildə ən yüksək həddə çatdırıb

İngiltərə Bankı uçot dərəcəsini son 13 ildə ən yüksək həddə çatdırıb İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,25 bənd artıraraq 0,75%-dən 1%-ə çatdırıb.
Maliyyə
5 May , 2022 15:53
İngiltərə Bankı uçot dərəcəsini son 13 ildə ən yüksək həddə çatdırıb

İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,25 bənd artıraraq 0,75%-dən 1%-ə çatdırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir

Məlumata görə, bu, ötən ilin dekabr ayından bəri tənzimləyici qurumun 4-cü faiz artımı qərarıdır. Hazırda BoE-nin uçot dərəcəsi 2009-cu ildən bəri ən yüksək həddədir.

“Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra qlobal səviyyədə inflyasiya təzyiqləri kəskin artıb. Bu, dünyada, o cümlədən Böyük Britaniyada inkişaf perspektivində əhəmiyyətli dərəcədə pisləşməyə səbəb olub”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi