İngiltərə Bankı gözlənildiyi kimi uçot dərəcəsini 25 faiz bəndi artırıb

İngiltərə Bankı gözlənildiyi kimi uçot dərəcəsini 25 faiz bəndi artırıb İngiltərə Bankı may iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsini 25 faiz bəndi artırmaq qərarına gəlib.
Maliyyə
11 may 2023 12:05
İngiltərə Bankı gözlənildiyi kimi uçot dərəcəsini 25 faiz bəndi artırıb

İngiltərə Bankı may iclasının nəticələrinə əsasən, baza faiz dərəcəsini 25 faiz bəndi artırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Beləliklə, İngiltərə Bankı faiz dərəcəsini illik 4,5%-ə çatdırıb.

Bu addım əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.

Bununla da ardıcıl 12-ci iclasın nəticələrinə görə dərəcə artırılıb və 2008-ci ildən bəri davam edən maksimum hədd yenilənib.

Son xəbərlər

Orphus sistemi