IMF: “Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya ilə üzləşməyəcək”

IMF: “Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya ilə üzləşməyəcək” “Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya prosesi ilə üzləşməyəcək”.
Maliyyə
24 May , 2023 16:48
 IMF: “Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya ilə üzləşməyəcək”

Qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya prosesi ilə üzləşməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Qətər İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, dedollarizasiyanın bir müddət ərzində davam edib və hazırda dünya valyuta ehtiyatlarında ABŞ dolların payı getdikcə azalır.

K.Georgiyeva əlavə edib ki, əvvəllər valyuta ehtiyatlarının 70 %-ni ABŞ dolları təşkil edirdisə, indi bu göstərici 60 %-ə qədər azalıb.

“Lakin biz ehtiyatlarla bağlı göstəricinin sürətlə dəyişəcəyini gözləmirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi