IMF koronavirusun təsiri ilə mübarizəyə 1 trilyon ABŞ dolları ayırmaq istəyir

IMF koronavirusun təsiri ilə mübarizəyə 1 trilyon ABŞ dolları ayırmaq istəyir Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusun (Covid 19) humanitar və iqtisadi təsiri ilə mübarizə aparan dünya ölkələrinə yardım məqsədilə 1 trilyon ABŞ dolları məbləğində kredit paketini aktivləşdirə bilər.
Maliyyə
555
16 Mart , 2020 17:21
IMF koronavirusun təsiri ilə mübarizəyə 1 trilyon ABŞ dolları ayırmaq istəyir
pexels.com

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusun (Covid 19) humanitar və iqtisadi təsiri ilə mübarizə aparan dünya ölkələrinə yardım məqsədilə 1 trilyon ABŞ dolları məbləğində kredit paketini aktivləşdirə bilər. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“İlk addım olaraq IMF təcili ödəmələrə ehtiyacı olan ölkələrə yardım edə bilər. Hazırda IMF-in 40 layihə çərçivəsində təxminən 200 milyard ABŞ dolları məbləğində birləşdirilmiş öhdəlikləri var”, - IMF-in direktoru Kristalina Georgiyeva bildirib. 

O qeyd edib ki, kreditləşmə, ilk növbədə, qurumun üzvlərinə və xüsusən inkişaf etməkdə olan dövlətlərə yardım etmək üçün istifadə edilə bilər. 

“Kredit paketi ən kasıb ölkələrin səhiyyə xərclərinə, onların borc yükünü məhdudlaşdırma və yüngülləşdirməklə həyati qaynaqlara çatmasını asanlaşdıra bilər”, - K.Georgiyeva əlavə edib. 

Son xəbərlər

Orphus sistemi