IMF: Dünya ölkələri pandemiya üçün 16 trln dollar xərcləyib

IMF: Dünya ölkələri pandemiya üçün 16 trln dollar xərcləyib İctimai bacarıqlar bərpa edilməyə başlayıb
Maliyyə
7 Aprel , 2021 17:38
IMF: Dünya ölkələri pandemiya üçün 16 trln dollar xərcləyib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, ölkələrin son 12 ayda fiskal tədbirlərinin həcmi 16 trilyon ABŞ dolları təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “Fiscal Monitor”un aprel buraxılışında qeyd edilib.

Hesabata görə, belə maliyyə siyasəti iqtisadi fəaliyyətdəki daralmanı da azaldıb. Valyuta Fondu hesab edir ki, 2020-ci ilin göstəriciləri araşdırılarkən sürpriz rəqəmlərlə qarşılaşılıb və bu da 2021-ci ilin iqtisadi inkişaf proqnozlarına yenidən baxılmasına şərait yaradıb və tədricən iqtisadi və ictimai bacarıqlar bərpa edilməyə başlayıb.

“Virusun yayılmasından 11 ay sonra Çin, ABŞ və Almaniyadan olan alimlərin ilk vaksini hazırlaması və 91 yaşlı ingilis qadının üzərində sınaqdan keçirməsi ilə həyata yenidən öz axarına dönməyə başlayıb. Hazırda isə dünyada yarım milyarddan çox insan peyvəndlənib. Vaksinasiya sürətlə irəliləyir, amma peyvəndlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabər paylanıb”.

IMF hesab edir ki, peyvəndlər inkişaf etmiş ölkələrə 1 trilyon ABŞ dollara qədər gəlir gətirə bilər və qlobal peyvəndlənmə indiyə qədər təyin olunan ən yüksək gəlirə sahib olan ictimai layihə ola bilər”.

Son xəbərlər

Orphus sistemi