IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək

IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək Bu, qurumun yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib
Maliyyə
22 Yanvar , 2018 18:50
IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu il MDB ölkələrində 2,2%-lik iqtisadi artım qeydə alınacaq. 

“Report” xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib.

Hesabata görə, 2017-ci ildə də eyni həcmdə artımın olduğu gözlənilir. 2016-cı ildə isə bu rəqəm 0,4%-ə bərabər olub. IMF 2019-cu ildə isə MDB ölkələrində iqtisadi artımın 2,1% olacağını proqnozlaşdırır.

Fond 2017-ci ilin oktyabrında yenilədiyi eyniadlı hesabatında 2018-ci il üçün 2,1%-lik iqtisadi artım proqnozlaşdırmışdı. 2019-cu il üçün isə bu rəqəm dəyişməyib.

Son xəbərlər

Orphus sistemi