IMF: Bu il Azərbaycan iqtisadiyyatı 3,4% artacaq

IMF: Bu il Azərbaycan iqtisadiyyatı 3,4% artacaq Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq.
Maliyyə
9 Aprel , 2019 17:41
IMF: Bu il Azərbaycan iqtisadiyyatı 3,4% artacaq

Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq. 

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun “World Outlook” hesbatının aprel buraxılışında deyilir.

Hesabata görə, 2018-ci ildə bu rəqəm 1,4% olub.

“2018-ci ildə inflyasiya 2,3% təşkil edib, 2019-2020-ci illərdə isə 2,5%, 2024-cü ildə 3% olacağı gözlənilir”, - hesabatda deyilir.

Həmçinin IMF hesab edir ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2018-ci ildə ÜDM-də xüsusi çəkisi 12,6% olduğu halda, bu il 11,7%, 2020-ci ildə 13,3%, 2024-cü ildə isə 12,8% olacaq.

İşsizlik isə qarşıdakı illərdə dəyişməyərək 5% səviyyəsində qalacaq.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında yayılan “World Economic Outlook” hesabatında 2019-cu ildə Azərbaycanda ÜDM-in 3,6%, inflyasiyanın 3,3%, cari əməliyyatlar hesabının profisiti ÜDM-də xüsusi çəkisi isə 8,1% olacağı göstərilirdi. İşsizlik səviyyəsi isə 5% civarında olub.

Son xəbərlər

Orphus sistemi