IMF: Azərbaycan və Qazaxıstan üçün ən əhəmiyyətli ixrac nöqtəsi İtaliyadır

IMF: Azərbaycan və Qazaxıstan üçün ən əhəmiyyətli ixrac nöqtəsi İtaliyadır Ötən ildə Azərbaycan, Qazaxıstan və Türkmənistanın ÜDM-nin 20-35%-ni neft və qaz ixracı təşkil edib.
Maliyyə
27 Aprel , 2020 12:05
IMF: Azərbaycan və Qazaxıstan üçün ən əhəmiyyətli ixrac nöqtəsi İtaliyadır

Ötən ildə Azərbaycan, Qazaxıstan və Türkmənistanın ÜDM-nin 20-35%-ni neft və qaz ixracı təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə qurumun Mərkəzi Şərq və Asiya ölkələri üçün hazırladığı “Regional Economic Outlook”un aprel sayında qeyd edilir. 

IMF-in məlumatına görə, Türkmənistan ixracının 80%-ni Çinə yönəldib. Azərbaycan və Qazaxıstan üçün isə ən əhəmiyyətli ixrac nöqtəsi İtaliya olaraq qalır. Regionun neft idxalçıları qlobal xam neft qiymətlərinin azalmasından mənfəət gözləsə də Rusiyadan pul göndərişlərinin azalması onların bu müsbət təsirlərin azalmasına səbəb ola bilər.

Hesabatda IMF bu il Azərbaycanda 2,2%-lik iqtisadi geriləmə, 2021-ci il üçün isə 0,7%-lik iqtisadi artım gözləyir. 

Fond bu il ölkəmizdə istehlakçı qiymətlərinin 3,3%, 2021-ci ildə isə 3,2% olacağını da qeyd edib. Bundan əlavə 2020-ci ildə Azərbaycanın fiskal balansının ÜDM-ə olan nisbəti 12,8%, 2021-ci ildə isə 9,7% azalacaq. 

Cari hesab balansına gəldikdə isə bu müvafiq olaraq -8,2% və -3,7% olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi