IMF Azərbaycanın inflyasiya gözləntisini 1 faiz bəndindən çox artırıb

IMF Azərbaycanın inflyasiya gözləntisini 1 faiz bəndindən çox artırıb Azərbaycanda illik inflyasiya 4,4% səviyyəsində reallaşması gözlənilir.
Maliyyə
12 Oktyabr , 2021 17:55
IMF Azərbaycanın inflyasiya gözləntisini 1 faiz bəndindən çox artırıb

Azərbaycanda 2021-ci ildə illik inflyasiyanın 4,4 %, gələn il isə 3,2 % səviyyəsində reallaşması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) «Recovery During a Pandemic» adlı hesabatının oktyabr sayında qeyd olunur.

Qeyd edək ki, IMF aprel hesabatında, bu il üçün illik inflyasiyanı 3,5 %, 2022-ci il üçün isə 3,2 % səviyyəsində proqnozlaşdırmışdı.

Xatırladaq ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında, bu il Azərbaycanda orta illik inflyasiya 5,5 %, gələn il 4,5 %, 2023-cü ildə isə 4,1 % səviyyəsində proqnozlaşdırmışdı.

Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini 4,5 %-ə, gələn il üçün isə 3 %-ə çatdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında Azərbaycanda orta illik inflyasiya 4,8 % səviyəsində reallaşıb.

Son xəbərlər

Orphus sistemi