IMF Azərbaycanda korrupsiya ilə mübarizə üçün 3 əsas prioritet təklif edir

IMF Azərbaycanda korrupsiya ilə mübarizə üçün 3 əsas prioritet təklif edir Dövlət Vergi Məcəlləsini modernləşdirilməsi və bürokratik əngəlləri aradan qaldırılması korrupsiyanı azalda bilər
Maliyyə
13 İyul , 2021 17:46
IMF Azərbaycanda korrupsiya ilə mübarizə üçün 3 əsas prioritet təklif edir
Cihad Azur

“Araşdırmamız göstərir ki, korrupsiyanın azaldılması daha yüksək vergi gəlirlərinə, daha yaxşı təhsil nəticələrinə və daha səmərəli dövlət investisiyalarına səbəb olur”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycanın da daxil olduğu Orta Şərq və Şimali Afrika regionu (Middle East North Africa - MENA) üzrə departamentinin direktoru Cihad Azur (Jihad Azour) adıçəkilən regionda korrpusiyaya qarşı mübarizə aparılmasının yollarından bəhs edərkən deyib.

O, əlavə edib ki, pandemiyadan sonra daha güclü, yaşıl və əhatəli iqtisadi bərpanı təmin etmək üçün idarəetmə və korrupsiyaya qarşı islahatlara ehtiyac var.

“Ölkələr və müəssisələr bölgədəki zəif idarəetmə və korrupsiyanın ciddi problemlərini axtarmağa davam edir. Hər ölkə öz yolu ilə getməlidir, lakin araşdırmalarımız bölgə üçün üç əsas prioriteti müəyyən edib. Birincisi məlumata çıxış imkanlarını genişləndirmək, dövlət maliyyəsinə daha güclü nəzarət yaratmaq və dövlətə məxsus müəssisələrdə islahatlar aparmaqla şəffaflığı və hesabatlılığı inkişaf etdirmək. İkincisi qaydaları sadələşdirmək və onların ədalətli şəkildə tətbiq edilməsinə şərait yaratmaq lazımdır. Məsələn, dövlətin Vergi Məcəlləsini modernləşdirilməsi və bürokratik əngəlləri aradan qaldırılması korrupsiyanı azalda bilər. Üçüncüsü, ən yaxşı beynəlxalq təcrübəni qəbul edib tətbiq etməklə korrupsiyaya qarşı mübarizə qanunlarını və qaydalarını gücləndirmək tövsiyə olunur”, - deyə o, qeyd edib.

IMF rəsmisi təmsil etdiyi qurumun MENA regionunda anti-korrupsiya islahatlarına dəstəyini davam etdirəcəyini də qeyd edib: "MENA ölkələri arasında islahatlara dəstək olmaq üçün IMF tövsiyələrini verməyə davam edəcək və bölgədəki qurumların potensialının artırılmasına kömək edəcək. Hesab edirik ki, yalnız hökumətin, bizneslərin, birliklərin, beynəlxalq və sivil toplum təşkilatlarının birliyi ilə daha güclü, daha açıq və daha məsuliyyətli dövlət qurmaq mümkündür".

Son xəbərlər

Orphus sistemi