Azərbaycanda ümumi daxili məhsul (ÜDM) bu il 3 %, 2022-ci ildə isə 2,3 % artacaq.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) «Recovery During a Pandemic» adlı hesabatının oktyabr sayında qeyd olunur.
Qeyd edək ki, qurumun aprel proqnozunda Azərbaycanın iqtisadi artım tempi müvafiq olaraq 2,3 % və 1,7 % səviyyəsində müəyyən edilmişdi.
Xatırladaq ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında, Azərbaycanda ÜDM-nin artımını bu il 5 %, 2022-ci ildə 3,1 %, 2023-cü ildə isə 2,7 % böyüyəcəyini proqnozlaşdırmışdı.
Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın ÜDM-nin artım tempini 2,2 %, gələn il üçün isə 2,5 % səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Bundan başqa, 2021-ci ilin 8 ayında Azərbaycanın ÜDM-si real ifadədə 3,6 %, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,7 % artıb. Qeyri neft-qaz sənayesində 18,7 %, kənd təsərrüfatında 5 %-lik iqtisadi artım baş verib.