IMF: ABŞ-dakı vergi islahatları iqtisadi inkişafı sürətləndirib

IMF: ABŞ-dakı vergi islahatları iqtisadi inkişafı sürətləndirib ABŞ-ın hazırki rəhbərliyinin həyata keçirdiyi vergi islahatları ölkədə iqtisadi inkişafı sürətləndirib.
Maliyyə
28 Oktyabr , 2019 14:30
IMF: ABŞ-dakı vergi islahatları iqtisadi inkişafı sürətləndirib

"ABŞ-ın hazırki rəhbərliyinin həyata keçirdiyi vergi islahatları ölkədə iqtisadi inkişafı sürətləndirib". 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) yeni rəhbəri Kristalina Georgieva deyib. 

"ABŞ hazırda iqtisadiyyatı sürətlə böyüyən ölkələrdən biridir və bunu vergi islahatları ilə bağlı göstərdikləri cəsarətə borcludurlar", - deyə o, qeyd edib. 

ABŞ-dakı seçki qabağı siyasi qarşıdurmalara toxunan K.Georgieva, amerikalıların olduqca praqmatik olduqlarını və heç vaxt sosializm sistemini seçməyəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi