IMF 2023-2024-cü illərdə qlobal inflyasiyanın azalacağını gözləyir

IMF 2023-2024-cü illərdə qlobal inflyasiyanın azalacağını gözləyir Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın 2022-ci ildəki 8,8 %-dən (orta illik göstərici) 2023-cü ildə 6,6 %-ə və 2024-cü ildə 4,3 %-ə qədər azalacağını proqnozlaşdırır.
Maliyyə
31 yanvar 2023 07:32
IMF 2023-2024-cü illərdə qlobal inflyasiyanın azalacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın 2022-ci ildəki 8,8 %-dən (orta illik göstərici) 2023-cü ildə 6,6 %-ə və 2024-cü ildə 4,3 %-ə qədər azalacağını proqnozlaşdırır.

“Report” IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş yanvar sayına istinadən xəbər verir ki, bu, pandemiyadan əvvəlki səviyyədən (2017-2019-cu illər) yüksəkdir. O vaxt qlobal inflyasiya təxminən 3,5 % təşkil edib.

“2023-cü ildə ölkələrin təxminən 84 %-ində ötən illə müqayisədə aşağı ümumi inflyasiyanın (istehlak qiymətləri indeksi) olacağı gözlənilir.

Proqnozlaşdırılan dezinflyasiya qlobal tələbatın zəifləməsi səbəbindən qlobal yanacaq və qeyri-yanacaq məhsullarının qiymətlərindəki enişi qismən əks etdirir. Bu, həmçinin pul-kredit siyasətinin sərtləşdirilməsinin əsas inflyasiyaya “soyuducu” təsir göstərdiyini əks etdirir. Bunun qlobal miqyasda 2022-ci ilin dördüncü rübündəki 6,9 %-dən (illik hesablamada) 2023-cü ilin dördüncü rübündə 4,5 %-ə qədər azalacağı gözlənilir. 2024-cü ilə qədər proqnozlaşdırılan orta illik ümumi və əsas inflyasiya müvafiq olaraq ölkələrin 82 % və 86 % -də hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarı olacaq”, - hesabatda qeyd edilib.

IMF-nin proqnozlarına görə, inkişaf etmiş iqtisadiyyatlarda orta illik inflyasiya 2022-ci ildəki 7,3 %-dən 2023-cü ildə 4,6 %-ə, 2024-cü ildə isə 2,6%-ə enəcək. Bu da bəzi hallarda hədəflənən göstəricilərdən daha yüksəkdir. Bazarları formalaşmaqda olan və inkişaf etməkdə olan ölkələrdə proqnozlaşdırılan illik inflyasiya 2022-ci ildəki 9,9 %-dən 2023-cü ildə 8,1 %-ə və 2024-cü ildə isə 5,5 %-ə düşəcək. Bu da pandemiyadan əvvəlki orta göstəricidən (4,9 %) (2017-2019) yüksək olacaq. Aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın 2022-ci ildəki 14,2 %-dən 2024-cü ildə 8,6 %-ə enəcəyi proqnozlaşdırılır. Bu, hələ də yüksək göstərici olsa da, pandemiyadan əvvəlki orta səviyyəyə yaxındır.

Son xəbərlər

Orphus sistemi