IMF 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi artıma dair proqnozunu azaldıb

IMF 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi artıma dair proqnozunu azaldıb Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artıma dair 2019-cu və 2020-ci illərə dair proqnozunu müvafiq olaraq 3,2 və 3,5 faiz səviyyəsində müəyyənləşdirib.
Maliyyə
23 İyul , 2019 20:27
IMF 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi artıma dair proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artıma dair 2019-cu və 2020-ci illərə dair proqnozunu müvafiq olaraq 3,2 və 3,5 faiz səviyyəsində müəyyənləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, fondun “World Economic Outlook” məruzəsinin iyul ayı buraxılışında göstərilən bu rəqəmlər aprel ayı buraxılışındakına nisbətən 0,1 faiz vahidi azdır.

Bu il dünya ÜDM-nə dair daha əvvəl dərc olunmuş məlumatların və inflyasiya rəqəmlərinin azalması nəzərə alınaraq dünyada iqtisadi fəaliyyətlərin gözlənildiyindən az olduğuna dəlalət etdiyi qeyd olunan məruzəyə görə dünya iqtisadi artımının hələ də ləng olduğu diqqətə çatdırılır. Mənfi meyllərə gətirib çıxaran amillər arasında ABŞ ilə Çin arasında qarşılıqlı idxal rüsumlarının qaldırılması, “Brexit”in yaratdığı qeyri-müəyyənlik, geosiyasi gərginliyin artması göstərilir. İnkişaf edən və formalaşmaqda olan bazara malik ölkələrdə sərmayənin və uzunmüddətli istehlak mallarına tələbatın azlığına diqqət çəkilən məruzədə maşınqayırma və uzunmüddətli istehlak mallarının üstünlük təşkil etdiyi ticarətin dinamikasındakı ətalət olduğu qeyd edilir.

Dünya iqtisadi artımı ilə bağlı risqlər qismində ticarət və texnologiya sahəsindəki gərginlikdən irəli gələcək sərmayə axınının azalması, həmçinin ticarət sazişlərindəki qeyri-müəyyənlik kimi amillərin göstərildiyi məruzədə həmçinin mövcud risqlərdən yayınma vasitələri olaraq birtərəfli rüsumları təzyiq məqsədilə tətbiq etməmək, struktur islahatlarını və həssas təbəqələrin müdafiəsini, dövlət orta müddətli maliyyəsini dəstəkləyən vergi siyasəti, ilk növbədə isə, istehsalın artımı qarşısındakı əngəlləri aradan qaldırmaq kimi tədbirlər tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi