IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib

IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib ABŞ və avrozona iqtisadiyyatı üçün proqnozlar da artırılıb
Maliyyə
22 Yanvar , 2018 18:16
IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib
Sputnik/ Natalia Seliverstova

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) 2018-ci il üçün qlobal iqtisadi artım tempinin əvvəlki proqnozunu 3,7%-dən 3,9%-ə yüksəldib. 

"Report" xəbər verir ki, bu barədə IMF-in "World Economic Outlook 2018" iqtisadi icmal hesabatında bildirilir. 

Qeyd edək ki, bu, son 7 ilin ən sürətli iqtisadi artım tempi olacaq.

Hesabatda həmçinin ABŞ iqtisadiyyatının 2018-ci ildə 2,7%, avrozona iqtisadiyyatının isə 2,2% artacağı ehtimal edilib. Xatırladaq ki, əvvəlki hesabatda bu göstəricilər üzrə proqnozlar, müvafiq olaraq, 2,3% və 1,9% təşkil edib.

Son xəbərlər

Orphus sistemi