İlham Əliyev: "Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır"

İlham Əliyev: "Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır" “Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyalarböyük inkişafa səbəb olub".
Maliyyə
24 Avqust , 2020 13:14
İlham Əliyev: Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır
İlham Əliyev

“Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyalar böyük inkişafa səbəb olub. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Fermerlər üçün daha da uyğun sistem yaradılıb, çox şəffaf sistem yaradılıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. Yeddi ay ərzində iqtisadiyyat cəmi 2,8 faiz düşüb. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır. Ümumi avrozona məkanında haradasa 15 faizə yaxındır. Ona görə Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi