İKZF qiymətli kağızlar bazarından cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb

İKZF qiymətli kağızlar bazarından cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb İpoteka Kredit Zemanet Fondu (İKZF) son 13 ildə istiqraz buraxmaqla 1,58 milyard manat vəsait cəlb edib.
Maliyyə
28 aprel 2022 05:58
İKZF qiymətli kağızlar bazarından cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb

İpoteka Kredit Zəmanət Fondu (İKZF) son 13 ildə istiqraz buraxmaqla 1,58 milyard manat vəsait cəlb edib.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, İKZF 2009-cu ildə təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ipoteka istiqrazlarının emissiyasına başlayıb. Fondun emissiya etdiyi istiqrazların orta müddət 20 ildir. Hazırda qurum qiymətli kağızlar bazarında Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankından sonra ən iri emitentdir.

Son xəbərlər

Orphus sistemi