Koronavirusun (Covid 19) yayılması ilə bu il ABŞ və qlobal miqyasda iqtisadi artım azalaraq “qlobal maliyyə böhranı”ndan sonra ən aşağı səviyyəyə enə bilər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında bildirilir.
Hesabata görə, bu il ABŞ və Çində iqtisadi artım proqnozu 0,7% və 1,9% azalaraq 1,3% və 4% həddinə enəcək. Həmçinin qurum qlobal iqtisadi proqnozunu da azaldaraq 1% səviyyəsində müəyyənləşdirib.