"IHS Markit": Azərbaycan hazırda heç bir xarici maliyyə riski daşımır

"IHS Markit": Azərbaycan hazırda heç bir xarici maliyyə riski daşımır Şərqi Avropa və Orta Asiya ölkələrinin milli valyutaları gələcək aylarda hansı faktorlardan təsirlənəcək?
Maliyyə
23 Noyabr , 2020 15:47
IHS Markit: Azərbaycan hazırda heç bir xarici maliyyə riski daşımır

Müstəqil Dövlətlər Birliyi (MDB) və bütövlükdə region ölkələrinin milli valyutaları gələcək aylarda, yalnız qlobal enerji qiymətləri və əsas bazarların pul-kredit siyasətindən deyil, həm də daxili valyuta məzənnəsi siyasətindən, iqtisadi əsaslardan və suveren borc mövqeyindən təsirlənəcək.

“Report” xəbər verir ki, bu barədə “IHS Markit” konsaltinq şirkətinin hesabatında deyilir.

Hesabata görə, xammaldan güclü asılılıq xarici mənfi təsirlər üçün əsas ötürücü kanal rolunu oynayacaq. Bir çox regional valyutalar, son tənəzzül zamanı tətbiq edilən məzənnə siyasətinə düzəlişlərin də köməyi ilə geniş bir maliyyə böhranının qarşısını alacaq.

Bundan başqa, digər inkişaf etməkdə olan bazarlar kimi, 9 MDB ölkəsi ilə yanaşı, Ukrayna, Gürcüstan və Türkmənistanı da əhatə edən Şərqi Avropa və Orta Asiya (EECA) iqtisadiyyatları da koronavirus pandemiyasının təsiri ilə həm xarici, həm də daxili tələbin çöküşünə məruz qalıb. Belə ki, EECA ölkələri ixracat gəlirlərində enerji istehsalından çox aslıdır.

Bu il ərzində milli valyutası ən çox dəyər itirən ölkələr arasında Belarus, Rusiya və Ukrayna ilk 3-lükdə qərarlaşıb. Azərbaycan və Türkmənistanın milli valyutaları isə ABŞ dollarına qarşı sabit olaraq qalır, baxmayaraq ki, Türkmənistan manatının qara bazardakı dəyəri pandemiyadan əvvəlki səviyyədən son aylarda təxminən 25 % ucuzlaşıb.

Koronavirus böhranı və regional valyutalar üzərindəki yenilənmiş təzyiqlər, ölkələrin ödəmə qabiliyyəti və likvidlik səviyyəsinndəki zəif nöqtələri yenidən diqqət mərkəzinə gətirdi. Xarici maliyyə təzyiqlərinin güclənməsi, məzənnə stresi daha da artıracaq. Bu konteksdə Tacikistan iqtisadiyyatı MDB ölkələri arasında ən yüksək risk daşıyır. Azərbaycan iqtisadiyyatı isə hazırda heç bir xarici maliyyə riski daşımır.

ABŞ dollarının zəifliyi və inkişaf etmiş bazarlarda son dərəcə aşağı faiz mühiti də EECA ölkələrin valyutalarına olan təzyiqi bir qədər azaldır. Pandemiya dövründə real iqtisadiyyatı stimullaşdırmaq siyasətini yumşaltmaq üçün mərkəzi banklar üzərində tətbiq olunan siyasi təzyiq, məzənnəni dəstəkləmək siyasətini daha da çətinləşdirir.

Ümumilikdə, qısa müddətdə məzənnə riskləri, xammaldan asılılığına görə bu valyutaların əksəriyyəti üçün mənfi tərəfə meylli olacaq, çünki xam neftin bazar qiymətlərinin trayektoriyasında hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi