IFC-yə yeni vitse-prezident təyin edilib

IFC-yə yeni vitse-prezident təyin edilib Dünya Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) risk və maliyyə üzrə yeni vitse-prezident təyin olunub. “Report”un IFC-yə istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Federiko Qaliziya (Federico Galizia) gətirilib. Ümumilikdə maliyyə sek
Maliyyə
4 Fevral , 2023 12:26
IFC-yə yeni vitse-prezident təyin edilib
Federiko Qaliziya

Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) risk və maliyyə üzrə yeni vitse-prezident təyin olunub.
“Report”un IFC-yə istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Federiko Qaliziya (Federico Galizia) gətirilib.
Ümumilikdə maliyyə sektorunda 25 ilə qədər təcrübəsi olan F.Qaliziya bundan öncə 8 ildən çox İnter-Amerikan İnkişaf Bankında Baş risk meneceri vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən etibarən İFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon ABŞ dolları) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon ABŞ dolları civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon ABŞ dolları ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.

Son xəbərlər

Orphus sistemi