Aşağı karbonlu iqtisadiyyata keçid xüsusi ilə özəl sektor üçün əhəmiyyətli investisiya imkanları yaratmaqla yanaşı, riskin azaldılması alətləri isə həm yerli, həm də xarici investorların özəl kapital səfərbərliyini effektiv şəkildə sürətləndirə bilər.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə təşkilatlarının da bunda rolu böyük ola bilər: "Bundan başqa, "yaşıl" aktivləri müəyyən etmək qabiliyyətinin artırılması, "yaşıl" layihələr üçün standart meyarların hazırlanması və qarışıq maliyyə alətlərinin tətbiqi də daha uzunmüddətli "yaşıl" maliyyələşdirməni gücləndirilə bilər.
A. Əzimova hesab edir ki, nəqliyyat və tikinti kimi sektorlarda dəstəkləyici tənzimləmə mühiti və standartlarının işlənib, hazırlanmasına ehtiyac var: "Bu transformasiyanın asanlaşdırmaq və investisiyaların dayanıqlı artım və inkişafa səbəb olmasını təmin etmək üçün maliyyə sistemində əlverişli mühit olmalıdır".