IFC dayanıqlı inkişaf ilə bağlı maliyyələşdirdiyi sahələri açıqlayıb

IFC dayanıqlı inkişaf ilə bağlı maliyyələşdirdiyi sahələri açıqlayıb Hazırda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səyləri birliktə qlobal istixana qazlarının emissiyasının 9 %-dən çoxunu təşkil edən və əhəmiyyətli uyğunlaşma problemləri ilə üzləşən 5 əsas sistem üzərində cəmləşib.
Maliyyə
17 May , 2024 12:52
IFC dayanıqlı inkişaf ilə bağlı maliyyələşdirdiyi sahələri açıqlayıb

Hazırda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səyləri birliktə qlobal istixana qazlarının emissiyasının 9 %-dən çoxunu təşkil edən və əhəmiyyətli uyğunlaşma problemləri ilə üzləşən 5 əsas sistem üzərində cəmləşib.

"Report" xəbər verir ki, bunu IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bura enerji, kənd təsərrüfatı, nəqliyyat, istehsal sahələri və şəhər təsərrüfatı daxildir: "IFC dayanıqlı inkişafa kompleks yanaşmanı təmin etmək üçün, maliyyələşdirməni həmçinin iqlimə yönümlü maliyyə sistemlərinin yaradılması və yaşıllaşdırma ilə bağlı layihələrə yönəldir".

O qeyd edib ki, 2023-cü ildə qlobal miqyasda IFC iqlim dəyişmələri ilə bağlı mübarizə üzrə layihələrə 14,4 milyard ABŞ dolları ayırıb ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi