IFC Bakıda layihəsinin yeni mərhələsinə start verib

IFC Bakıda layihəsinin yeni mərhələsinə start verib Bu, Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsinin III mərhələsidir
Maliyyə
4 Fevral , 2016 15:35
IFC Bakıda layihəsinin yeni mərhələsinə start verib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakıda Dünya Bankı Qrupunun üzvü - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsinin III mərhələsinin açılış mərasimini keçirib. "Report" xəbər verir ki, layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşir.

Növbəti üç il ərzində layihə Azərbaycanda kreditlərin qaytarılması vəziyyətinin yaxşılaşdırılması və kredit portfelinin artırılmasına xidmət edəcəyi açıqlanıb.

Bundan əlavə, layihə kiçik müəssisələrə istehsalat avadanlığı, kənd təsərrüfatı məhsulları və debitor borcları girov qoymaqla maliyyə institutlarından kreditlərin əldə edilməsi məqsədilə Azərbaycanda daşınar əmlaka əsaslanan kreditləşməni dəstəkləməkdə davam edəcək.

Qeyd edək ki, layihənin ilk iki mərhələsi 2009-2015-ci illərdə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi