IFC-dən Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış müqaviləyə dair açıqlama

IFC-dən Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış müqaviləyə dair açıqlama Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC), fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlə
Maliyyə
18 Avqust , 2020 18:51
IFC-dən Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış müqaviləyə dair açıqlama

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC), fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə müqavilə imzalayıb.

"Report" bu barədə IFC-yə istinadən xəbər verir. 

Məlumata görə, bu müqavilə üzrə fəaliyyət Azərbaycanın maliyyə sektorunda innovasiyaların artması və rəqabətin genişlənməsinə kömək etmək məqsədilə IFC tərəfindən həyata keçirilən davamlı səylərin tərkib hissəsidir. Fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq və bu da öz növbəsində mənfəətliliyin artması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaq. Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin  “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.

IFC AMB ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcək. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaq.

“Elektron və rəqəmsal maliyyə xidmətləri müasir maliyyə sisteminin vacib elemetləridir və pandemiya dövründə daha mühüm əhəmiyyət kəsb edir. Bizim birgə səylərimiz bu xidmətlərin inkişafını, fiziki və hüquqi şəxslərin həmin xidmətləri daha tez, yerlərini tərk etmədən əldə etmələrini dəstəkləyəcəkdir və həmçinin Azərbaycan bank sisteminin müasirləşməsinə və daha çox investisiyalar üçün açılmasına kömək edəcəkdir” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan Van Bilsen söyləyib. 

Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcək. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaq.

Bu fəaliyyət, koronavirus pandemiyası dövründə mənfi təsirli çağırışlara qarşı Azərbaycan bank sisteminin daha müqavimətli olmasını dəstəkləmək istiqamətində IFC-nin səylərinin tərkib hissəsidir.

Azərbaycan 1995 ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC, ölkəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində  investisiya qoymuşdur. Bu maliyyə Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə sərf edilmişdir. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dollar ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib

Son xəbərlər

Orphus sistemi