“İdeal Kredit” BOKT-nin xalis mənfəəti 48 % artıb

“İdeal Kredit” BOKT-nin xalis mənfəəti 48 % artıb Kredit təşkilatı 2020-ci ili 416 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
22 Aprel , 2021 15:31
“İdeal Kredit” BOKT-nin xalis mənfəəti 48 % artıb

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 416 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 47,5 % çoxdur.

Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 520 min manat (illik müqayisədə 47,7 % çox), mənfəət vergisi ödəmələri isə 104 min manat (48,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,646 milyon manat olub ki, bu da illik müqayisədə 1,2 % çoxdur. Bunun 3,709 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 9,6 % kiçilib.

Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 11,3 % azalaraq 2,86 milyon manata düşüb, balans kapitalı isə 30,4 % artaraq 1,785 milyon manata çatıb.

Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-nin təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.

Son xəbərlər

Orphus sistemi