"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini aprelin 7-si, saat 17:00-a qədər Muzey Mərkəzinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, 41 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 10-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.