"İçərişəhər" Muzey Mərkəzi auditor seçir

"İçərişəhər" Muzey Mərkəzi auditor seçir Qurum maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib
Maliyyə
20 May , 2021 17:16
İçərişəhər Muzey Mərkəzi auditor seçir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyindəki "İçərişəhər" Muzey Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 24-ü, saat 15:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 41 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 492-29-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi