İxracatçılar ABŞ-a ixrac zamanı ödənilən gömrük rüsumlarını geri alacaq

İxracatçılar ABŞ-a ixrac zamanı ödənilən gömrük rüsumlarını geri alacaq Bu, GSP proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ödənilən rüsumlara aiddir
Maliyyə
1 Avqust , 2015 14:43
İxracatçılar ABŞ-a ixrac zamanı ödənilən gömrük rüsumlarını geri alacaq

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ Konqresi "Ticarətin təşviqi səlahiyyəti" və "Ümumiləşdirilmiş imtiyazlar sistemi"nin (Generalized System of Preferences (GSP) müddətini uzadıb.

"Report"un verdiyi xəbərə görə, GSP üzrə qəbul edilmiş yeni akt benefisiar ölkələr üçün proqramdan istifadə hüququnun 2017-ci il dekabrın 31-dək uzadılmasını nəzərdə turur. Yeni qərar artıq qüvvəyə minib və ixracatçılar 31.07.2013 - 29.07.2015-ci il tarixlərində GSP proqramı çərçivəsində güzəştlər nəzərdə tutulan məhsullar üzrə ABŞ-a ixrac zamanı ödədikləri gömrük rüsumlarını geri alacaqlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumatda deyilir ki, ABŞ-ın təqdim etdiyi GSP proqramından istifadə etməklə yerli ixracatçılar 5 minə yaxın mal mövqeyi üzrə Azərbaycan mənşəli məhsulları həmin ölkə bazarına rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac imkanı əldə edib.

Son xəbərlər

Orphus sistemi