İtaliya koronavirusa qarşı maliyyə təşviq paketini 4-cü dəfə artırır

İtaliya koronavirusa qarşı maliyyə təşviq paketini 4-cü dəfə artırır Avropa İttifaqı üzv ölkələrin koronavirusa qarşı mübarizəsini dəstəkləmək üçün büdcə qaydalarını yumşaltmasından sonra İtaliyanın Baş naziri Cüzeppe Konte son bir ayda 4-cü dəfə İtaliyanın maliyyə təşviq proqramını artırmağa hazırlaşır.
Maliyyə
11 mart 2020 10:48
İtaliya koronavirusa qarşı maliyyə təşviq paketini 4-cü dəfə artırır

Avropa İttifaqı üzv ölkələrin koronavirusa qarşı mübarizəsini dəstəkləmək üçün büdcə qaydalarını yumşaltmasından sonra İtaliyanın Baş naziri Cüzeppe Konte son bir ayda 4-cü dəfə İtaliyanın maliyyə təşviq proqramını artırmağa hazırlaşır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İtaliya Maliyyə Nazirliyinin rəsmiləri hazırda mövcud təşviq paketini 16 milyard avroya (18 milyard ABŞ dollarına) çatdırmaq üzərində işləyir.

Qeyd edək ki, İtaliya Maliyyə Nazirliyinin sözçüsü məsələyə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi