İsveçrənin ən böyük bankının mənfəəti proqnozları üstələyib

İsveçrənin ən böyük bankının mənfəəti proqnozları üstələyib Bu ilin I rübündə İsveçrənin ən böyük bankı “UBS”in xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 1,6 milyard ABŞ dollara çatıb.
Maliyyə
28 Aprel , 2020 12:56
İsveçrənin ən böyük bankının mənfəəti proqnozları üstələyib
Getty Images

Bu ilin I rübündə İsveçrənin ən böyük bankı “UBS”in xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 1,6 milyard ABŞ dollara çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bankın hesabat dövrü üçün proqnozu 1,5 milyard ABŞ dolları idi.

Qeyd edək ki, I rübdə “UBS”in əməliyyat mənfəəti, kredit itkisi və əməliyyat xərcləri artmasına baxmayaraq 10% yüksəlib. Bundan başqa, eyni dövrdə bankın vergidən əvvəlki mənfəəti 30% artaraq 2 milyard ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi