İsveçrədə banklar kreditə görə borc alanlara ödəniş etməyə başlayıb

İsveçrədə banklar kreditə görə borc alanlara ödəniş etməyə başlayıb İsveçrənin bəzi bankları mənfi faiz dərəcəsi ilə kredit verməyə başlayıb.
Maliyyə
24 İyul , 2019 16:03
İsveçrədə banklar kreditə görə borc alanlara ödəniş etməyə başlayıb

İsveçrənin bəzi bankları mənfi faiz dərəcəsi ilə kredit verməyə başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu, İsveçrə Milli Bankının faiz dərəcəsi ilə bağlıdır - illik mənfi 0,75%. Kredit təşkilatları artıq vəsaitin saxlanması üçün tənzimləyiciyə pul ödəməli olurlar.

Belə halda banklara sərbəst vəsaitləri kredit şəklində yerləşdirmək və onları institusional borcalanlara mənfi faiz dərəcəsiylə (amma Mərkəzi Bankın məzənnəsindən daha sərfəli şəkildə) vermək daha sərfəlidir. Borcalanlara da bu, sərfəlidir: onlar borc götürdüklərindən daha az vəsaiti geri qayıtmaq məcburiyyətində qalır.

Hazırda "Zurcher Kantonalbank" və "Grisons Cantonal Bank" bu sxem üzrə işləyir. Sürix, Cenevrə və Bern kantonlarının banklarında faiz dərəcələri az olsa da, müsbət formadadır.

Qeyd edək ki, bənzər təcrübə Danimarka, İsveç və Yaponiyada da mövcuddur.

Son xəbərlər

Orphus sistemi