Bakı. 30 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 672 hüquqpozma faktı aşkar edilib.
“Report”un məlumatına görə, bunu
Onun sözlərinə görə, bunlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 mln.450 min manatdan çox təşkil edib: “Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin barəsində müvafiq tədbirlər görülüb. Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən, o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş qətiyyətli tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub. Bu faktlar üzrə, ümumilikdə, 1 ton 193 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb. İl ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib”.
İ.Hüseynov bildirib ki, il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə, dəyəri 242 055 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalar, əsasən, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olub. Valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi, qanunsuz yolla gətirilən keyfiyyətsiz və saxta malların daxili bazara daxil olması, habelə yüksək vergi tutumlu malların qanunsuz idxal edilməsi, aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması sahəsində qətiyyətli tədbirlər görülüb”.