İran və İraq ödəniş mexanizminin başladılması üzrə razılığa gəlib

İran və İraq ödəniş mexanizminin başladılması üzrə razılığa gəlib Bakı. 6 fevral. REPORT.AZ/ İran və İraqın mərkəzi banklarının başçıları Abdolnaser Hemmati və Əli əl-Allak ölkələr arasında ödəniş mexanizminin başladılması üzrə saziş imzalayıblar.
Maliyyə
6 Fevral , 2019 13:02
İran və İraq ödəniş mexanizminin başladılması üzrə razılığa gəlib

Bakı. 6 fevral. REPORT.AZ/ İran və İraqın mərkəzi banklarının başçıları Abdolnaser Hemmati və Əli əl-Allak ölkələr arasında ödəniş mexanizminin başladılması üzrə saziş imzalayıblar.

"Report" İRNA-ya istinadən xəbər verir ki, saziş Bağdadda imzalanıb.

Əsas məqsəd İraq tərəfinin İrandan elektrik enerjisi və qaz idxalına görə ödəniş zamanı maneələrin aradan qaldırılmasıdır. Mexanizm həmçinin digər mallara görə ödənişlərə də kömək göstərməlidir.

Qeyd edək ki, rəsmi Tehran ABŞ-ın təzyiqi altında SWIFT sistemindən kənarlaşdırılıb və bu da İran biznesinin xarici tərəfdaşlarla maliyyə münasibətlərinə ciddi maneə törədib. 

Son xəbərlər

Orphus sistemi