İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq “DəmirBank”ın pullarının mənimsənilməsi faktı ilə bağlı açıqlama yayıb

İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq “DəmirBank”ın pullarının mənimsənilməsi faktı ilə bağlı açıqlama yayıb Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək
Maliyyə
134
29 Oktyabr , 2014 16:45
İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq “DəmirBank”ın pullarının mənimsənilməsi faktı ilə bağlı açıqlama yayıb
Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri külli miqdarda güzəştli kreditin mənimsənilməsi faktlarına görə cinayət işi başlanması xəbəri ilə bağlı açıqlama yayıb.

“Report”a daxil olan birgə açıqlamada xatırladılıb ki, oktyabrın 28-də Baş Prokurorluğun mətbuat xidməti tərəfindən “DəmirBank” ASC-nin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 mln. 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.

Araşdırmaların ilkin mərhələsində müəyyən edilib ki, “DəmirBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq, mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir və Fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi