İpoteka və Kredit Zəmanət Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

İpoteka və Kredit Zəmanət Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 1-də Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə
26 Yanvar , 2018 11:06
İpoteka və Kredit Zəmanət Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır
Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 1-də Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 004,5833 manat qiymətlə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Son xəbərlər

Orphus sistemi