Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) fevralın 22-də İpoteka və Kredit Zəmanət Fondunun 10 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” fonda istinadən xəbər verir ki, istiqrazlar 1 006,3333 manat qiymətlə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.