“İpək Yolu Sığorta”nın xalis mənfəəti 30% azalıb

“İpək Yolu Sığorta”nın xalis mənfəəti 30% azalıb “İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 29,926 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2019 09:20
“İpək Yolu Sığorta”nın xalis mənfəəti 30% azalıb

“İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 29,926 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,2% azdır.

2018-ci ildə “İpək Yolu Sığorta”nın cəmi öhdəlikləri 21,3% azalaraq 7,679 mln. manata, cəmi kapitalı isə 17,1% azalaraq 22,247 mln. manata düşüb.

Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 20,722 mln. manat (əvvəlki ilə nisbətən 1,8% az), xərcləri 18,605 mln. manat (3% çox), mənfəət vergisi ödəmələri isə 424 min. manat (30,4% az) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 1,694 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 30,4% azdır.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi