​"İpək Yolu Sığorta" aktivlərini 27% artırıb

​"İpək Yolu Sığorta" aktivlərini 27% artırıb Şirkət bu ilin ilk yarısını 1,15 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
25 İyul , 2016 16:38
​İpək Yolu Sığorta aktivlərini 27% artırıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "İpək Yolu Sığorta" ASC-nin məcmu aktivləri 39,664 mln. manat təşkil edib. 

"Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 27,1% çoxdur.

Hesabat dövründə "İpək Yolu Sığorta"nın cəmi kapitalı 5,05% artaraq 23,96 mln. manat, cəmi öhdəlikləri isə 86,9% artaraq 15,704 mln. manat olub.

İlk yarımillikdə şirkətin gəlirləri cəmi 10,128 mln. manat, xərcləri 8,978 mln. manat təşkil edib. Beləliklə, şirkət 2016-ci ilin birinci yarısını 1,15 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi