“İnvest-AZ” investisiya şirkəti 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

“İnvest-AZ” investisiya şirkəti 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 29 iyun. REPORT.AZ/ “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,611 mln. manat təşkil edib.“Report” şirkətin...
Maliyyə
29 İyun , 2017 10:37
“İnvest-AZ” investisiya şirkəti 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 29 iyun. REPORT.AZ/ “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,611 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,3 dəfə çoxdur.

2016-cı ildə “İnvest-AZ”ın cəmi öhdəlikləri 2,25 dəfə artaraq 6,758 mln. manata, cəmi kapitalı isə 2,7 dəfə artaraq 853 min manata çatıb.

Hesabat dövründə şirkətin gəlirləri 2,405 mln. manat, xərcləri 1,722 mln. manat təşkil edib. Son nəticədə onun vergiyəqədərki mənfəəti 682 min manat olub ki, bu da illik müqayisədə 5,6 dəfə çoxdur.

2016-cı ildə “İnvest-AZ” 2015-ci ilə nisbətən 3,3 dəfə çox – 149 min manat mənfəət vergisi ödəyib və ötən ili 534 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 6,9 dəfə çoxdur.

Xatırladaq ki, “İnvest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. Şirkətin səhmləri Elşən Quliyevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi