“İnvest-Az İnvestisiya Şirkəti”nin aktivləri 67% artıb

“İnvest-Az İnvestisiya Şirkəti”nin aktivləri 67% artıb “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 66,95% artaraq bu il yanvarın 1-nə 11,503 mln. manat təşkil edib.
Maliyyə
16 May , 2019 17:41
“İnvest-Az İnvestisiya Şirkəti”nin aktivləri 67% artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 66,95% artaraq bu il yanvarın 1-nə 11,503 mln. manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “İnvest-AZ"ın cəmi öhdəlikləri 61,7% artaraq 9,248 mln. manat, cəmi kapitalı isə 92,6% artaraq 2,255 mln. manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 654 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən təxminən 91,8% çoxdur. 

Son xəbərlər

Orphus sistemi