İnkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşu 60% artıb

İnkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşu 60% artıb 2019-cu ildə inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşu 2018-ci ilə nisbətən 59,8% artaraq 310 milyard ABŞ dollarına çatıb.
Maliyyə
9 Yanvar , 2020 17:19
İnkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşu 60% artıb

2019-cu ildə inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşu 2018-ci ilə nisbətən 59,8% artaraq 310 milyard ABŞ dollarına çatıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) “Kapital axını 2020” hesabatında bildirilir.

Məlumata görə, təkcə dekabr ayında bu ölkələrə 30,7 milyard dollar investisiya qoyulub ki, bunun da 12,9 milyard dolları səhm bazarlarına, 17,8 milyard dolları isə borclanmaya yönəldilib.

Hesabata görə, mərkəzi bankların həyata keçirdiyi geniş pul siyasəti, ABŞ və Çin arasında ticarət müqaviləsinin birinci mərhələsinin razılaşdırılması keçən il inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunu artırıb.

Son xəbərlər

Orphus sistemi