İngiltərə Bankı faiz dərəcəsini sabit saxlayıb

İngiltərə Bankı faiz dərəcəsini sabit saxlayıb İngiltərə Bankı (Bank of England) illik faiz dərəcəsini 0,75% səviyyəsində saxlayıb.
Maliyyə
30 Yanvar , 2020 19:13
İngiltərə Bankı faiz dərəcəsini sabit saxlayıb

İngiltərə Bankı (Bank of England) illik faiz dərəcəsini 0,75% səviyyəsində saxlayıb.

“Report” bankın saytına istinadən xəbər verir ki, dövlət istiqrazlarının satın alınması üçün yönəldilə bilən vəsait həddi 435 milyard funt sterlinq, korporativ istiqrazlar almaq üçün isə 10 milyard funt sterlinq səviyyəsində saxlanılıb.

Bankın açıqlamasında hazırda inflasiyanı 2% səviyyəsində saxlamaqla ölkədəki iqtisadi artımı və məşğulluğu təmin etmək məqsədinin qarşıya qoyulduğu, ölkədə ÜDM artımının ilin əvvəlində yavaşlayacağı, sonradan isə “Brexit”in fəsadları aradan qalxdıqca bərpa olunacağı qeyd olunur. İnflasiyanın isə səviyyəsi cari ildə və 2021-ci ilin xeyli hissəsi ərzində 2 faizdən aşağı qalacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi